OPEK təcili toplanır – Neftin qiymətinə görə

OPEK təcili toplanır – Neftin qiymətinə görə
  12 Yanvar 2016    Oxunub:4118
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə toplantı keçirəcək.
AzVision.az xəbər verir ki, bunu OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib.

Sədrin sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd qiymət siyasətini və fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməkdir. Fövqəladə toplantı OPEK-ə üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək.

Təşkilat sədri deyib ki, dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edir.

Qeyd edək ki, bu gün İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,66 dollar azalaraq 30,80 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 11-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar azalaraq 30,56 dollar təşkil edib.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti 2004-cü ilin aprel ayında 29,95 dollar/barel olub.

Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti