Azərbaycanda sualtı gəmi inşa olunur
Məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.