ABŞ fond birjası çökdü

ABŞ fond birjası çökdü
  08 Yanvar 2016    Oxunub:2416
ABŞ-ın fond birjasında 119 il ərzində ən böyük çökmə müşahidə olunub. Belə ki, Dow Jones indeksi 5%-dən çox, və ya 911 bənd azalıb.
CNN telekanalı xəbər verir ki, ekspertlər fond birjalarında ticarət əməliyyatlarında 4 günlük tənəzzülü bütün hesablaşmalar dövründə ən pis dövr adlandırıb. Mütəxəssislər 1987-ci ildən maliyyə məlumatlarının və təqdim olunmuş göstəricilərin emalı ilə məşğul olan “FactSet Research Systems”in təqdim etdiyi statistikaya əsaslanaraq bu bəyanatla çıxış edib.

Yanvarın 7-də ticarət əməliyyatlarının yekunlaşdığı vaxt Dow Jones 392,41 bənd və ya 2,3% ucuzlaşaraq 16 514,10 bənddə qərarlaşıb. Bu son 3 ay ərzində ən aşağı göstəricidir. Nasdaq isə 146 bənd və ya 3% azalaraq 4689 bəndə düşüb. Standard & Poors 500 indeksi yanvarın 7-də ticarət sessiyasının sonunda 47 bənd və ya 2,4% ucuzlaşaraq 1943 bəndədək dəyərdən düşüb. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti