SOCAR ixrac həcmlərini açıqladı
2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 437,45 dollar, təyyarə yanacağı - 362,95 dollar, dizel yanacağı - 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti isə 164,85 dollar təşkil edib. Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,21 dollara, Urals nefti - 37,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 38,54 dollara satılıb. SOCAR 2015-ci ilin dekabr ayında Supsa limanından 253 506 ton, Ceyhan limanından 1 852 763 ton xam neft ixrac edib.
Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 270 108 ton, Supsa limanından 2 794 905 ton, Ceyhan limanından isə 17 931 458 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
AzVision.az
Teqlər: