Türkmənistanda tapılan neftçilərin adı açıqlanıb

Türkmənistanda tapılan neftçilərin adı açıqlanıb
  04 Yanvar 2016    Oxunub:3341
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və `Günəşli` yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, itkin düşən neftçilərdən daha iki nəfərinin cəsədi tapılıb. Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb. Orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar `Günəşli` yatağında baş vermiş qəza nəticəsində itkin düşən Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti