83 yaşlı ana 61 yaşlı oğlunu bıçaqladı

83 yaşlı ana 61 yaşlı oğlunu bıçaqladı
  03 Yanvar 2016    Oxunub:3277
Bir neçə gün əvvəl Bakıda qəribə bıçaqlanma hadisəsi baş verib.
Cəfərov qardaşları küçəsində yaşayan 61 yaşlı Həsənağa Binnətov çiyinindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarəti yüngül olduğundan H.Binnətov ambulator müalicəyə yazılıb.

Araşdırma nəticəsində məlum olub ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Abbasova Ayna Məmmədrəfi qızı bıçaqlayıb. Məlum olub ki, 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib.

Araşdırma davam etdirilir.(Lent.az)


Teqlər:  





Xəbər lenti