Elşad İskəndərov müdavimlərlə görüşüb

Elşad İskəndərov müdavimlərlə görüşüb
  02 İyul 2013    Oxunub:1274
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) müxtəlif ölkələrindən gəlmiş müdavimləri qarşısında “Azərbaycanda dövlət quruculuğu modeli: təcrübə mübadiləsi” mövzusunda məruzə ilə çıxış edib.

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sədr çıxışında Azərbaycankı tolerantlıq mühitinin səviyyəsi və onun dövlət quruculuğu prosesinə müsbət təsirləri, ölkəmizin pozitiv sekulyar dövlət modeli, bu model çərçivəsində dövlət-din münasibətləri barədə danışıb.

Tədbirin sonunda E. İskəndərov müdavimlərin Azərbaycanın tolerantlıq modeli və onun digər dövlətlərlə müqayisəsi və tətbiqi imkanları barədə suallarını cavablandırıb.


Teqlər:





Xəbər lenti