Nazir müavini istintaqa çağrılmasından danışdı

Nazir müavini istintaqa çağrılmasından danışdı
  02 Yanvar 2016    Oxunub:3860
Səhiyyə nazirinin müavini Elsevər Ağayev istintaqa cəlb olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, nazir müavini ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Mən heç bir istindaqa cəlb olunmamışam. Yayılan məlumatların hamısı yalandır”.

Bu günlərdə Səhiyyə nazirinin müavini Elsevər Ağayevin “MTN işi” ilə bağlı Baş Prokurorluqda dindirildiyi barədə məlumatlar yayılıb.

Yayılan məlumata görə, nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub. Şikayət deyilib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov 2006-cı ildə Adil Məmmədovdan hər il 1milyon dollar pul tələb edib.

Adil Məmmədov öz növbəsində məsələ ilə bağlı Elsevər Ağayeva şikayət edib. Buna cavb olara nazir müavinin “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?” - deyə cavab verdiyi iddia edilir.

Oktyabrın 17-də Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Teqlər:  





Xəbər lenti