“İbrahimbəyov qorxaq adamdır”

“İbrahimbəyov qorxaq adamdır”
  02 İyul 2013    Oxunub:1080
Bu gün Milli Şuranın Rüstəm İbrahimbəyovu 2013-cü il prezident seckilərində vahid namizədliyini elan etməsi siyasi düşərkədə birmənalı qarşılanmayıb.
Prezidentliyə öz namizədi olan partiyanın - BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bununla bağlı acıqlamasında bildib ki, bu, müxalifət düşərgəsinin 17-ci namizədidir:

- Hakmi partiya seckiyə 1 namizədlə - İlham Əliyevlə qatılır. Digər 16 namizəd müxalifətdəndir. Namizədliyin irəli sürülməsi konstitusion hüququdur. Burada qeyri-adi heç nə yoxdur. Şəxsən biz Rüstəm İbrahimbəyovu güclü namizəd hesab etmirik. Bu adam heç vaxt siyasətlə məşğul olmayıb və bir gün də olsun, siyasi vəzifə daşımayıb. Şəxsən mənim qənaətim odur ki, 17 namizədin içində ən zəifi məhs İbrahimbəyovdur. Bunu zaman da sübut edəcək. Bu adam xaraktercə çox qorxaq adamdır. 6 aya yaxındır ki, qorxusundan Bakıya da qayıtmır. Düşünür ki, rəsmi namizədliyi təqsdiq ediləndən, toxunulmazlıq statusu qazanandan sonra Bakıya qayıtsın. Bu düşüncə də onun qorxaq adam olduğunu bir daha ortaya qoyur. Mən inanıram ki, oktaybr ayından sonra siyasətçilər və partiya sədrləri Rüstəm İbrahimbəyovu seçməkdə nə qədər yanıldıqlarının şahidi olacaqlar.


Teqlər:





Xəbər lenti