Yeni ailə portalı təqdim olundu

Yeni ailə portalı təqdim olundu
  29 Dekabr 2015    Oxunub:2039
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (İB) “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış “anacan.az” ailə portalının təqdimatını keçirib.

“Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.

İB-nin sədri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Zərəngiz Mənsurova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsirov Xəlil, Müdafiə Nazirliyin nümayəndəsi Rövşən Qarayev və digər iştirak edənlər bildiriblər ki, milli ailə portalı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində “cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına öz töhfəsini verəcək.

Birliyin İdarə Heyətinin sədri Reyhanə Ağayeva “Anacan.az” ailə portalının təqdimatı edəndən sonra portalın yaranmasında əməyi olan gənclərə diplomlar təqdim olunub.



Teqlər:





Xəbər lenti