`Əsrlərin incəsi xalçaçılıq sənəti`

 `Əsrlərin incəsi xalçaçılıq sənəti`
  29 Dekabr 2015    Oxunub:1955
Noyabrın 1dən Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Əhmədova Ayna tərəfindən həyata keçirilən “Əsrlərin incəsi xalçaçılıq sənəti” adlı layihəsinin icrası başlandı.

Layihənin keçirilməsində məqsəd - istedadlı gənclərin inkişafına dəstək olmaq, xalçaçılıq sənətini və bu sənət üsulu ilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək, gənclərin və ictimaiyyətin xalçaçılıq sənətinə marağını artırmaqdan ibarətdir.

Layihə çərçivəsində gənclərin əl işlərindən (xalçalardan) ibarət sərgi 26 dekabr 2015 ildə ictimaiyyətə təqdim olunmuşdur. Sərgidə gənclər tərəfindən hazırlanmış və Respublikamızın müxtəlif bölgələrinə məxsus olan xalça naxışları nümayiş olunmuşdur. Sərgi iki davam edərək “Müassir incəsənət mərkəzində” keçirilmişdir.
Sərginin açılış nitqində layihə rəhbəri Ayna Əhmədova qonaqları salamlayaraq layihənin məqsədi və görülmüş işlər haqqında məlumat vermiş və bu layihəni həyata keçirilməsində dəstəy olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.

Əlaqə:
Əhmədova Ayna Telman
Tel: (+994 55) 7821315
E-mail: [email protected]


Teqlər:





Xəbər lenti