Nefti Səudiyyə Ərəbistanı ucuzlaşdırır - Nazir

Nefti Səudiyyə Ərəbistanı ucuzlaşdırır - Nazir
  28 Dekabr 2015    Oxunub:3448
Rusiyanın energetika naziri Aleksandr Novak neftin qiymətinin ucuzlaşmasının səbəbkarının hasilatı bu il 1,5 milyon barrel artıran Səudiyyə Ərəbistanı olduğunu deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı hasilatı artırmaqla neft bazarlarındakı sabitliyi pozub.

“Rossiya 24”ə müsahibəsində A.Novak gələn ilin ikinci yarısında neft bazarlarında tələb-təklif tarazlığının bərpa olunacağına inandığını bildirib. “Lakin İrana qarşı sanksiyaların götürülməsi və bu ölkənin neft hasilatını artırması da bazarlara təsir göstərəcək”, – deyə A.Novak qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti