Rusiya Türkiyəyə qarşı sanksiyaları artırır

Rusiya Türkiyəyə qarşı sanksiyaları artırır
  28 Dekabr 2015    Oxunub:2809
Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək.
AzVision.az məlumatına görə, bu barədə “Rossiya 24” kanalına müsahibəsində Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.

O qeyd edib ki, baş nazir Dmitri Medvedev bu barədə hökumətin iclaslarında bəyan edib: “Bu addımlar davam edəcək. Hökumət Türkiyə ilə əməkdaşlığı tamamilə dayandırmaq məsələsini məqsəd kimi qarşıya qoymur. Biz sadəcə düşünürük ki, dost olmayan addıma adekvat cavab verilməlidir”.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Bundan sonra Rusiya birtərəfli qaydada Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti