Dollarla krediti olanların nəzərinə
AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür.
Onun sözlərinə görə, məhz bu vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək təklif edilib: “Assosiasiya bu qərarı alqışlayır. Belə hallarda əsas problem ölkənin dövlət büdcəsini əlavə xərclərlə yükləməmək məqsədilə əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir. Əgər belə mənbə (AMB-nin simasında) varsa, fikrimcə, dövlət ondan istifadə etməlidir. Bundan sonra banklar kreditlərin restrukturizasiyasına - kreditlərin ödənilməsi müddətinin artırılması, faiz dərəcələrinin azaldılması və s. - əl atmalıdır”.
Z.Nuriyev qeyd edib ki, dövlət tərəfindən atılmalı olan daha bir zəruri addım əhalinin sığorta əmanətləri üzrə sistemin tam dəyişdirilməsidir: “Yaxın üç il ərzində əhalinin, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin banklardakı bütün əmanətlərinin 100 faiz təmin edilməsi lazımdır. Bu, baş verən proseslərin əmanətçilərə ziyan vurmaması üçün gərəkdir”.
AzVision.az