Mərkəzi Bankda dollar kreditləri müzakirə olunur

Mərkəzi Bankda dollar kreditləri müzakirə olunur
  25 Dekabr 2015    Oxunub:3008
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin kommersiya banklarının İdarə Heyətinin sədrləri ilə görüş keçirilir.

AMB-dən AzVision.az- a verilən məlumata görə, bankirlər qurumun baş direktoru Rəşad Orucovla görüşüb.

Görüşdə milli valyutanın "üzən məzənnə" rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunur.

AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli paya malik olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub.

Görüşün nəticəsi olaraq ölkənni bank sektorundakı gərginliyini azaldılması ilə bağlı tədbirlər hazırlana bilər.


Teqlər:  





Xəbər lenti