Dollarla krediti olanların nəzərinə - VİDEO
Dollarla krediti olan müştərilərə şad xəbər bank rəsmilərindən gəldi. Belə ki, banklar müştəriləri üçün müxtəlif islahatlar aparmaqı planlaşdırır. Məsələn, VTB Azərbaycan bankının sədri müştərilərin ödəmə qabiliyyətini nəzərə alan təkliflər üzərində işlədiklərini deyib.
Sorğumuza cavab verən Unibank və NBC bankda dollarla kredit verdikləri müştəriləri üçün islahatların hazırlaşdıqını və yaxın günlərdə açıqlanacağını bildirir. İqtisadçılar isə müştərilərin ödənişini rahatlaşdırmaq üçün bir sıra üsulların olduğunu bildirir.
Mütəxəssislər bankların onsuzda verdikləri kreditlərin kifayət qədər pul qazandıqını və bu şəraitdə vətəndaşlara güzəştə getməli olduğunu bildirir. (Xəzər tv)