Neft Fondu 2 milyard qənaət edəcək
Bununla belə, ARDNF dekabrın 21-də Azərbaycanda manatın ABŞ dolları və avro qarşısında 48%-lik devalvasiyası səbəbindən 2016-cı ildə xərc maddələri üzrə qənaətin olacağını proqnozlaşdırır: “Fondun Müşahidə Şurasının qərarına əsasən təsdiq edilmək üçün Azərbaycan prezidentinə təqdim edilmiş fondun büdcə layihəsində 2016-cı il üçün fondun büdcə xərclərinin 8 milyard 261,4 milyon manat və yaxud təqdim edilmə tarixinə olan 1,05 məzənnəsi ilə 7 milyard 868 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə Fondun büdcəsinin Cənub Qaz dəhlizi layihəsinin və Bakı-Tbilisi-Qars yeni dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı ümumilikdə 1 milyard 869,1 milyon ABŞ dolları məbləğində xərclərinin yalnız ABŞ dolları valyutası ilə icra edilməsi nəzərdə tutulub. Bununla əlaqədar devalvasiya yalnız manat ilə icra ediləcək xərc maddələrinin, o cümlədən dövlət büdcəsinə transfertlə bağlı xərclərin icrası istiqamətində qənaətin yaranmasına səbəb ola bilər. Belə ki, devalvasiyaya qədər manatla icra ediləcək xərclər 6 milyard 300,9 milyon manat və yaxud ABŞ dolları ekvivalenti ilə 6 milyard 9,3 milyon təşkil etdiyindən, devalvasiyadan sonra yeni məzənnə ilə bu xərclərin 4 milyard 65,1 milyon ABŞ dolları və fondun xərcləri üzrə 1 milyard 944,2 milyon ABŞ dolları məbləğində qənaətin təşkil etməsi proqnozlaşdırılır.
Xatırladaq ki, bu ilin fevralında manatın devalvasiyası ARDNF-ə təxminən 3 mlrd. ABŞ dolları məbləğində vəsaitə qənaət etməyə imkan verib. Belə ki, fevral devalvasiyasından əvvəl əgər büdcəyə 10 mlrd. manat vəsait transfert etmək üçün konvertasiyaya təxminən 13 mlrd. dollar tələb olunurdusa, devalvasiyadan sonra sadəcə 10 mlrd. dollar yetərli olub.
Teqlər: