Neftin `qara günləri` başlayır

Neftin `qara günləri` başlayır
  19 Dekabr 2015    Oxunub:3158
Amerika Birləşmiş Ştatları Konqresi gələn ilin büdcə layihəsini qəbul edib. Layihə imzalanmaq üçün prezident Barak Obamaya göndərilib.
Layihədə federal agentliyin xərclərinin artırılması, həm sıravi vətəndaş, həm də bisnez qurumları üçün vergilərin azaldılması nəzərdə tutulur. Büdcə senatınn 65 lehinə, 33 əleyhinə səsverməsi ilə qəbul olunub. Layihənin həcmi isə 1.14 trilyon dollar təşkil edir.

Layihəyə əsasən, qarşıdakı 10 il ərzində vergilər 680 milyard dollar həcmində ixtisar olunacaq. Eyni zamanda, hərbi xərclərin artırılması da layihədə nəzərdə tutulur. Respublikaçılar Amerika neftinin ixracına qarşı qoyulan qadağanın aradan qaldırılması məsələsində də qalib gəliblər.

Son məlumatlara görə, Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb. Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti