“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağında yeni quyu qazılır
  18 Dekabr 2015    Oxunub:1445
“Günəşli” yatağındakı 11-ci özüldə 30 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib ki, ““Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 4100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 000 kubmetr qaz və 15 ton neft hasil olunacağı nəzərdə tutulur”, - deyə SOCAR-dan qeyd edilib.


Teqlər:





Xəbər lenti