Neftin qiyməti 36 dollara düşdü – Anti-rekord

Neftin qiyməti 36 dollara düşdü – Anti-rekord
  18 Dekabr 2015    Oxunub:2212
Dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması davam edir.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 0,54% və ya 0,20 dollar azalaraq 36,86 dollara düşüb. Bu arada ticarət əməliyyatları zamanı neftin qiymətləri 7 illik minimuma düşərək 38,88 dollar olub.

WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 1,37% və ya 0,48 dollar geriləyərək bir barel üçün 36,28 dollar təşkil edib.

Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 36 dollar 78 il əvvəl olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti