Beynəlxalq Bankda yeni təyinat

Beynəlxalq Bankda yeni təyinat
  16 Dekabr 2015    Oxunub:2095
Azərbaycan Beynəlxalq Bankı Rusiya Federasiyasındakı ABB-Moskva törəmə bankının idarə heyətinə yeni sədr təyin edib.
AzVision.az xəbər verir ki, bankdan trend-ə verilən məlumata görə, yeni sədr Emin Əfəndiyev təyin edilib.

E.Əfəndiyev səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb.

Yeni sədr ali iqtisadi təhsil alıb, bir sıra kredit-maliyyə təşkilatlarında aparıcı vəzifələrdə işləyib, o cümlədən Kapital Bank və ABB-də çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti