Neft 7 ildə ən aşağı həddə düşdü
"Bloomberg" yazır ki, bu aşırı istehsal ən azı gələn ilin sonunadək - tələb artımı yavaşıyana və istehsalı maksimumlaşdırmaq üçün OPEC "yenidən qətiyyət" göstərənədək sürəcək. Beynəlxalq Enerji Agentliyinin mövqeyi belədir.
"Qiymət savaşı, görünür, gələn ilin sonunadək çəkəcək" - Seulda "Samsung Futures İnc."in təhlilçisi Honq Sunq Ki belə deyir və əlavə edir: "İran istehsalı artırdıqca Səudiyyə Ərəbistanı kəsə bilməyəcək".
Yanvarın ilk həftəsində beynəlxalq sanksiyaların qaldırılacağını gözləyən İran artıq özünə müştəri də tapıb.
A.H.Zamaniniya Tehranda verdiyi müsahibədə deyib ki, hökumət investorlara neft və qaz kontraktları təklif etməyə hazırlaşır.
"Bloomberg"in topladığı statistikaya görə, İran ötən ay günə 2,8 milyon barel neft çıxarıb: "Qiymətlərin aşağı olduğu bazarı düşünürük, ona görə də ən mümkün həddə düşə bilər, biz ən pis ssenariyə hazırıq".
Teqlər: