Bir ildə beşinci devalvasiya...

Bir ildə beşinci devalvasiya...
  14 Dekabr 2015    Oxunub:2822
Çin Milli Bankı bazar ertəsi milli valyuta kursunu – yuanın dollara olan məzənnəsini aşağı salıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Valyuta Ticarət Sisteminin (CFETS) saytında yerləşdirdiyi məlumatda bildirilir.

Yeni məzənnəyə əsasən çinlilər bir dollar üçün 6,4495 yuan ödəməlidirlər.

Qeyd edək ki, bundan əvvəl Çin yuanı dekabrın 10-da da devalvasiya edilmişdi. Həmin vaxt yuanın kursu bir dollar üçün 6,42 yuan olub.

Xatırladaq ki, Çin Xalq Bankı bu ilin avqust ayında üç gündə milli valyutanı üç dəfə devalvasiya etmişdi: Avqustun 11-i cin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti