`İran sərhədinə qədər yol çəkiləcək` - Cavid Qurbanov
“Bu dəhliz Hindistanda başlayıb Helsinkidə bitir və təqribən 5 min km-ə qədər məsafədir, Azərbaycan üzərindən keçir. İranla Rusiya arasındakı yük dövriyyəsi təxminən 10 milyon tondur. Avropa ilə Hindistan arasında isə 25 milyin ton yük dövriyəsi var. Bu yüklərin əksəriyyəti dəniz üzərindən daşınır. Bu, 45-60 gün çəkir, amma Azərbaycan üzərindən keçəndə daha qısa müddətə başa gəlir. Biz də bu proseduru asanlaşdırmağa çalışırıq. Bununla bağlı koordinasiya şurası yaradılıb və bu məsələlərlə ciddi məşğuldur”.
O, qeyd edib ki, bu yaxınlarda prezident İlham Əliyev sərəncam imzaladı və ona əsasən Astaradan İrana 8 km körpü inşa ediləcək: “Dekabrın 20-21-də bununla bağlı görüş olacaq. Bu görüşdə məsələlərin daha konkret qoyulması nəzərdə tutulur. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə qədər 8 km yol çəkiləcək. 100 metrlik isə körpü tikiləcək. Bunun 1520 kolyesi İran tərəfə keçiriləcək. Bu, İranın Bəndərabbas postundan gələn yüklərin, ümumiyyətlə Azərbaycan üzərindən keçəcək yüklərin daşınmasını sahibkarlar üçün asanlaşdıracaq”.
Anar Kəlbiyev