Azərbaycan Gürcüstana 171 milyon dollar pul yatırıb

Azərbaycan Gürcüstana 171 milyon dollar pul yatırıb
  10 Dekabr 2015    Oxunub:2222
İlkin məlumatlara görə, 2015-ci ilin üçüncü rübündə Gürcüstana 489 milyon dollar həcmində birbaşa investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% azdır.
Bu barədə AzVision.az “Qruziya online”a istinadən xəbər verir.

2015-ci ilin 3-cü rübündə Gürcüstana yatırılan investisiyaların həcmi 1,019 milyard dollar olub, bu isə 2014-cü ilin analoji dövrü üçün olan göstəricilərdən 17% azdır.

Üçüncü rübdə investisiyaların əsas hissəsi Azərbaycanın, (ümumi həcmin 35%-i), Hollandiyanın (11%) və Türkiyənin (9%) payına düşür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti