“Azərişıq” hesabat verdi
Enerji təchizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür. İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər uniformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan avtomobillər RETSİ-lər üzrə paylanıb. Yaxın vaxtlarda bu avtomobillərin sayı 200-ə çatdırılacaq.
Bununla yanaşı 18 rayonda yeni ofislərin tikintisinə başlanılıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Gəncə, Ağsu, Ucar, Goranboy, Sabirabad, Cəlilabad Elektrik Şəbəkələri üçün tikilmiş ofis binaları artıq istifadəyə verilib. Ofis binalarının yerləşdiyi sahələr mərkəzlərin görkəmli hissəsində və hərəkət qovşaqlarının optimal bölümündədir. İkimərtəbəli ofis binaları “Azərişıq” ASC-nin bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standarta uyğun tikilərək başa çatdırılıb. Ofis binasında elektrik şəbəkənin əməkdaşlar üçün hər cür iş şəraiti yaradılıb, ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Tezliklə daha 8 rayonda “Azərişıq” ASC tərəfindən modern üslubda tikilmiş standart ofis binaları tikilib başa çatdırılacaq. Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınıb.
AzVision.az
Teqlər: