Vahid Ələkbərov nazirlərlə nəyi müzakirə etdi?

Vahid Ələkbərov nazirlərlə nəyi müzakirə etdi?
  09 Dekabr 2015    Oxunub:2163
2016-cı ildə neft qiyməti bir barel üçün 42-47 dollar səviyyəsində olacaq.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Bolqarıstanın “Trud” qəzetinə müsahibəsində bildirib.

“OPEK-in Vyanada keçirilən iclasında iştirak etdim, İran və İraqdan olan nazirlər, müxtəlif analitiklərlə söhbət etdim. Hamı düşünür ki, gələn il neft qiymətləri hazırkı səviyyədə olacaq. Neftin qiyməti 42-47 dollar aralığında dəyişəcək. 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərindən etibarən qiymətlər artmağa başlayacaq”, - deyə Ələkbərov qeyd edib.

Milyarderin fikrincə, 2017-cü ildə neft hasilatı və istehlak səviyyəsi bərabərləşəcək və bundan sonra neft qiymətləri qalxacaq: “Hesablamalarımıza əsasən orta müddətli perspektivdə neft qiymətləri bir barel üçün 60 dollar səviyyəsində dəyişəcək. Bəşəriyyət yeni növ enerji mənbələri axtarmağı davam etdirəcək, lakin növbəti 40-50 il ərzində ənənəvi enerji mənbələri – neft, qaz və kömürdən istifadə etməyi davam etdirəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti