Bakı-Qazax yolunda ağır qəza:4 ölü, 2 yaralı

Bakı-Qazax yolunda ağır qəza:4 ölü, 2 yaralı
  28 İyun 2013    Oxunub:1024
Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Tovuz rayonu, Bakı-Qazax yolunda sahibləri məlum olmayan "VAZ" və "OPEL" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Qəza zamanı vətəndaşlar tərəfindən şəxsiyyəti məlum olmayan 3 nəfərin meyiti çıxarılaraq aparılıb, 2 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"OPEL" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 1 sərnişinin meyiti isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti