Husilər İsrail Müdafiə Nazirliyinin binasını vurub

Husilər İsrail Müdafiə Nazirliyinin binasını vurub
  14 Yanvar 2025    Oxunub:402
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb. Onun sözlərinə görə, "Husi" qüvvələri Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinə hipersəs ballistik raketilə hücum edib.

Husilərin raket hücumu İsraildə mülki məntəqələrə ziyan vurub
"Raket hədəfə çatıb, hücumundan müdafiə sistemi onu təqib edə bilməyib”, - deyə məlumatda qeyd olunub.

Səhər saatlarında İsrail ordusu Yəməndən atılan raketin qarşısını almaq üçün bir neçə dəfə cəhd edib. Husilərin rəhbərlik etdiyi ordunun sözçüsü Tel-Əvivdə "kritik hədəfə" raket zərbəsi endirildiyini bildirib. İsrail ordusunun məlumatına görə, bu hücum zamanı raket ölkənin hava məkanından kənarda ələ keçirilib.

Xatırladaq ki, "Husi" terrorçuları oktyabrda İsrail və Fələstinin HƏMAS qruplaşması arasında müharibə başlayandan bəri "Fələstinə dəstək naminə" İsraillə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə almaqdadırlar. Qruplaşma "Qəzzada Fələstin xalqına qarşı əməliyyatlara son verilmədikcə hücumları dayandırmayacağını" bildirir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Husi  





Xəbər lenti