İrəvan və ABŞ bu gün strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq

   İrəvan və ABŞ bu gün  strateji tərəfdaşlıq haqqında  sənəd imzalayacaq
  14 Yanvar 2025    Oxunub:428
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalamağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin(XİN) mətbuat katibi Ani Badalyan X-də məlumat yayıb. O, strateji tərəfdaşlıq haqqında sənədin yanvarın 14-də imzalanacağını bəyan edib.

Juravlyov: "Ermənistanı Avropa İttifaqında ölüm gözləyir!"
Ermənistanın XİN rəsmisinin sözlərinə görə, sazişin imzalanması İrəvan vaxtı ilə saat 22:00-da baş tutacaq. Mərasim isə Vaşinqtonda reallaşacaq. ABŞ Dövlət Departamenti siyasi tədbiri canlı yayımlayacaq.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.

Rusiyadan bu məsələyə sərt reaksiyalar gəlir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

Qeyd edək ki, Ermənistan son iki ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Kreml əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər isə hətta tez-tez Gümrüdəki hərbi bazanın ləğvi məsələsini qaldırırlar. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bununla bağlı bir neçə dəfə oxşar fikirlər səsləndiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ermənistan   XİN  





Xəbər lenti