OPEK-in baş katibi təkzib etdi: Kvota artırılmayıb
Təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan edib ki, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasda baxılacaq: “Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Biz bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEK daxilində hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”.
O bildirb ki, OPEK üzvü olmayan ölkələrlə də danışıqlara və hamının bazara kömək etməsi məqsədilə ortaq bir zəmində necə görüşəcəkləri məsələsini müzakirə etməyə davam edəcəklər
Bununla belə ekspertlər hesab edirlər ki, təşkilatın Vyanada keçirilən iclasında konkret qərara gəlməməsi, bununla belə neftin qiymətlərində müşahidə edilən azalma, gəlirlərini neftdən təmin edən ölkələri çətinə sala bilər.
Qeyd edək ki, dünən “Bloomberg” agentliyi öz mənbələrinə əsasən iclasda sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması barədə qərar qəbul edildiyini bildirmişdi.
AzVision.az
Teqlər: