Mobil operatorlardan hansı mediada `fərqlənib`?
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Şirkət mobil operatorlar ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.
2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1825 xəbər yerləşdirilib. Bunlardan 49 xəbər mənfi, 130 xəbər müsbət və 1646 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: AzerCELL (20 xəbər), Nar Mobile (17 xəbər). Müsbət xəbərlərdə isə AzerCELL (76 xəbər) və BakCELL (54 xəbər) fərqlənir.
Xəbər sayına görə sıralama:
1. BakCELL 838 xəbər
2. AzerCELL 815 xəbər
3. Nar Mobile 170 xəbər
4. NaxTel 2 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 199 xəbər dərc edilib. Bu xəbərlərdən 180-i neytral, 18-i müsbət, 1-i isə mənfi xəbərlərdir. Müsbət xəbərlər arasında liderlər: AzerCELL (11 xəbər), BakCELL (7 xəbər). Mənfi xəbər isə Nar Mobile-a məxsusdur.
Xəbər sayına görə sıralama:
1. AzerCELL 102 xəbər
2. BakCELL 85 xəbər
3. Nar Mobile 12 xəbər
Noyabr ayında televiziya kanallarında mobil operatorlar haqqında 24 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. AzerCELL 19 xəbər
2. BakCELL 3 xəbər
3. Nar Mobile 2 xəbər
Teqlər: