Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən
AzVision.az - a verilən məlumata görə, əvvəllər 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən "Xətai" metro stansiyasına kimi hərəkət edirdisə, sabahdan etibarən bu marşrutun xətti uzadılacaq. Belə ki, sözügedən avtobus Atəşgah dairəsi - Bakıxanov dəmiryol stansiyası - Bakıxanov ticarət mərkəzi - Dakar meydanı - Babək pr. - "Xətai" metro stansiyası - Xətai pr. (Şərq bazarı) - "Cəfər Cabbarlı" metro stansiyası - Azadlıq pr. - S.Rəhimov küçəsi ilə fəaliyyət göstərəcək.
AzVision.az