Türklərə xəbərdarlıq edildi: Rusiyaya getməyin

Türklərə xəbərdarlıq edildi: Rusiyaya getməyin
  28 Noyabr 2015    Oxunub:2825
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəsmi açıqlama yayıb.

XİN bəyan edir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq, Türkiyə vətəndaşlarının Rusiyaya səyahəti və orada qalması ilə bağlı bir sıra problemlər müşahidə olunur:

`Əgər zərurət yoxdursa, bu vəziyyət aydınlaşdırılana qədər ölkə vətəndaşlarından Rusiyaya səfərlərini təxirə salmağın faydalı olduğunu bəyan edirik`.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.

AzVision.az


Teqlər:  





Xəbər lenti