Ermənistanda qadınlar küçələrə etiraza çıxdı
Məlumata görə, bu il oktyabrın 25-də qadın haqlarını müdafiə edən ictimai təşkilatlar "Məişət zorakılğı" haqda qanunun qəbul edilməsi ilə bağlı hökumətə müraciət ediblər. Onlara qanun layihəsi üzərində işlərin davam etdiyi bildirilib.
Etiraz aksiyasının iştirakçıları Nazirlər Kabinetinin binasına doğru yürüş edərək problemə dair bəyaniyyələr paylayıblar.
Yürüşçülər Ermənistanın baş naziri Ovik Abramyana və ədliyyə naziri Arpina Ovanisyana məktub göndəriblər. Həmin məktubda qadınların haqlarının müdafiəsi ilə bağlı qanun layihəsinin hazırlanması üçün ekspertlərin cəlb edilməsi istənilib.
Yürüş iştirakçıları əllərində "Məişət zorakılığına qarşı birgə mübarizə aparaq!", "Dünya ailələrinə dinc yaşayış!", "Laqeydlik insan həyatına başa gələ bilər!", "Zorakılıqdan zorakılıq doğar!" kimi şüarlar yazılmış plakatlar tutublar.
Xəbərdə bildirilib ki, bugünkü yürüş 16 gün keçirilməsi nəzərdə tutulan aksiyanın birincisidir
Məlumata görə, son 10 ayda Ermənistanda 645 məişət zorakılığı hadisəsi qeydə alınıb.
Teqlər: