Tələbə qız 76 yaşlı qadını öldürdü - Sumqayıtda
İnformasiyaya görə, qətl hadisəsi Sumqayıt şəhəri, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Səmayə Firidun qızı Nəcəfovanın mənzilində törədilib. Qatilin qurbanı da elə 76 yaşlı ev sahibəsinin özü olub. Təqaüdçü qadına çoxu başından və boğazından olmaqla çoxsaylı bıçaq zərbələri endirilib.
Qətldə şübhəli bilinən 21 yaşlı Şərqiyyə Ramazanova artıq saxlanıb. Məlumata görə, Oğuz rayon sakini olan Ş.Ramazanova özü polisə zəng edərək törətdiyi qətli etiraf edib.
Hələlik yalnız o məlumdur ki, Ş.Ramazanova S.Nəcəfovanın evində kirayədə qalırmış. Qətlin motivləri araşdırılır.
Teqlər: