Kredit faizləri niyə enmir? - VİDEO
Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri istər MDB, istər qonşu ölkələrlə müqayisədə yüksəkdir. İqtisadçıların tədqiqatları bu nəticəni ortaya çıxarıb. Dünya təcrübəsində bank faizləri ölkədəki inflyasiya dərəcəsindən 4-5 faiz yüksək olduğu halda, Azərbaycanda bu fərq bir neçə dəfə çoxdur.
Azərbaycanda kredit faizlərinin azaldılması üçün Mərkəzi Bank tərəfindən limitlər müəyyənləşdirilib. Banklar biznes kreditlərini illik 25 faizdən, istehlak kreditləri isə 29 faizdən yüksək verə bilməzlər. Ancaq faizlərin könüllü azaldılmasını stimullaşdırmaq üçün də tədbirlər görülür.
Bununla belə kredit faizləri düşmür. Ekspertlər buna səbəb kimi bankların ucuz maliyyə mənbələrinə çıxış imkanlarının məhdud olmasını göstərirlər.
Ancaq gələn il vəziyyətin dəyişəcəyi gözlənilir. Banklar Assosiyasiyası tərəfindən yeni strategiya hazırlanır. Assosiyasiyadan "Xəzər Xəbər"ə verilən məlumata görə, bunun üçün müxtəlif qurumlarla danışıqlar aparılır. Əsas dəyişikliklər məsuliyyətli kreditləşmə və kredit faizlərinin endirilməsi ilə bağlı olacaq. (Xəzər tv)
Teqlər: