Quyu qazan fəhlələr torpaq altında qaldı

Quyu qazan fəhlələr torpaq altında qaldı
  23 Noyabr 2015    Oxunub:3030
Tovuzda iki fəhlə quyuya düşüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Düz Qırıqlı kəndində 2 nəfər fəhlənin quyuya düşməsi haqqında məlumat daxil olub. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər dərinliyi 4 m olan kanalizasiya quyusundan 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu və 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti