` İslam sülh dinidir...` - İSESKO-nun baş direktoru

` İslam sülh dinidir...` - İSESKO-nun baş direktoru
  23 Noyabr 2015    Oxunub:1740
`Azərbaycanın İSESKO ilə əməkdaşlığını yüksək qiymətləndirirəm`.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən ISESCO-nun XII Baş Konfransı və İcraiyyə Şurasının iclasında ISESCO-nun baş direktoru Əbdüləziz Osman Tüveycri deyib. Onun sözlərinə görə, ISESCO ilə Azərbaycan arasında sıx və məhsuldar əlaqələr təşəkkül tapıb: `ISESCO-nun baş konfransının belə gözəl ölkədə keçirilməsi təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisidir. Buna görə bir daha Azərbaycana təşəkkür edirik. Bizim mövqelərimiz güclənib və bundan sonra mövqelərimizi daha da gücləndirməliyik`.

Baş direktor müsəlman aləmində baş verən silahlı münaqişələrdən də danışıb: `Silahlı münaqişələr və böyük sayda insan itkiləri olan məkanlarda, eləcə də elmi, mədəni və təhsil imkanlarından məhrum olan müsəlman icmalarının qarşısına çıxmalı və bu imkanların onlar üçün bərpa olunmasına nail olunmalıdır. Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bunlar terrorçuluğun aradan qaldırılması üçün zəruridir. Qərb mətbuatında İslam sivilizasiyası haqqında verilən səhv məlumatların və yanlış təbliğatın qarşısını almalıyıq. Özünü İslam adı altında qələmə verən təşkilatlara sərt mövqe sərgiləməliyik.

Müsəlman təşkilatların səsi beynəlxalq aləmdə o qədər də eşidilmir. Təəssüf ki, bu belədir. Biz göstərməliyik ki, İslam dini sülh, savad, mədəniyyət və təhsil dinidir. Gələcəkdə medianın bu sahədə oynadığı rola diqqət etməliyik. ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır



Teqlər:  





Xəbər lenti