Daha bir bankın rəhbərliyində dəyişiklik

Daha bir bankın rəhbərliyində dəyişiklik
  21 Noyabr 2015    Oxunub:2266
“Unibank”da kadr dəyişikliyi baş verib.
Bankın İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov vəzifəsindən öz xahişi ilə uzaqlaşıb.

Bundan başqa, Məcid Məmmədov Korporativ bank xidmətləri departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib.

“Unibank”dan bildirilib ki, Azad Qasımov bu gündən öz karyerasını iri qeyri-maliyyə holdinqində davam etdirəcək.

Bundan başqa, açıqlamada qeyd edilib ki, Korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev ölkədə fəaliyyət göstərən kommersiya banklarının birinə keçib. İ. Okayevi Məcid Məmmədov əvəz edib. (Apa)


Teqlər:





Xəbər lenti