Azərbaycanı dünyada tanıdan uğurlu layihə
Onun sözlərinə görə, ölkəmizin “Azərbaycan: Biomüxtəliflik xəzinəsi” layihəsi sərginin 54 pavilyonu arasında yüksək qiymət alıb və İtaliya hökuməti tərəfindən "Milan Expo 2015-in incisi" adlandırılıb.
A.Ələkbərov qeyd edib ki, 6 ay ərzində Azərbaycan pavilyonunu 3,25 milyondan artıq insan ziyarət edib, ümumilikdə isə “Milan Expo 2015” sərgisinə 23 milyon nəfər baş çəkib: “Beynəlxalq ekspozisiyalarda Azərbaycana bu cür maraq ilk dəfə müşahidə edilir”.
Mərkəzin direktoru 19 ay ərzində layihə üzərində işləmiş 300 nəfərdən ibarət beynəlxalq komandaya uğurlu işə görə təşəkkür edib.
O, əlavə edib ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəal dəstəyi sayəsində mümkün oldu.
A.Ələkbərov bildirib ki, 2020-ci ildə Dubayda növbəti “Expo” ümumdünya sərgisinin keçirilməsi planlaşdırılır, 2017-ci ildə isə Astanada “Expo” beynəlxalq ixtisaslaşmış sərgisinin keçirilməsi nəzərdə tutulur: “Azərbaycanın bu tədbirlərdə iştirakı barədə yekun qərar hələ qəbul edilməyib”.
Mətbuat konfransında qeyd edilib ki, Azərbaycanın “Milan Expo 2015” sərgisindəki milli pavilyonu İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafata layiq görülüb və milli pavilyonlar arasında öz kateqoriyasında ən gözəl pavilyon seçilib. Ekspozisiya müddəti ərzində (1 may – 31 oktyabr) pavilyonda Azərbaycan və İtaliyanın müxtəlif hökumət və qeyri-hökumət təşkilatları tərəfindən konfranslar, biznes-forumlar və təqdimatlar keçirilib.
Pavilyonun memarı Rikardo Ciqolotti bildirib ki, arxitektura, dizayn və mühəndislik baxımından böyük iş görülüb.
O¸ Azərbaycan pavilyonunu “Expo”da ən yaxşılardan biri adlandıran sərgi ziyarətçilərinin fikirlərini bölüşüb.
Milandakı Azərbaycan pavilyonunun sökülərək Bakı bulvarı ərazisində quraşdırılması planlaşdırılır. Lakin sərgi konstruksiyasının Bakı küləyi və qarına dayanıqlığını təmin etmək üçün onun hazırlanması üzrə hələ 2-3 həftə ərzində mühəndis işləri aparmaq lazımdır.
Teqlər: