Moskva Kiyevin güclü kartını əlindən almağa çalışır

   Moskva Kiyevin    güclü kartını    əlindən almağa çalışır
  25 Noyabr 2024    Oxunub:308
Rusiya sülh danışıqlarında Kiyevin əlindən qiymətli sövdələşmə kartını almaq üçün Donald Trampın andiçmə mərasiminə qədər Kursk bölgəsini geri qaytarmaq istəyir.
AzVision.az Ukraynalı döyüşçülərin “The Wall Street Journal (WSJ)” qəzetinə verdiyi məlumata görə, ruslar onlarımn mövqelərinə elə intensiv hücum edirlər ki, bəzən birbaşa öz öldürülmüş həmkarlarının cəsədlərini ayaqlayaraq keçirlər.

Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının batalyon komandiri Geninin bildirib ki, onlar daim hücum edirlər - səhər, günorta, gecə. Ruslar təqribən altı həftə əvvəl zirehli texnikanın bütün kolonlarını cəlb edərək əks hücuma keçiblər. Lakin çoxlu sayda zirehli texnikanı itirdikdən sonra bu strategiyadan əl çəkərək insanları kiçik qruplar halında piyada şəklində döyüşə göndərməyə başlayıblar.

“Üç nəfərin öhdəsindən gəlmək o qədər də çətin deyil, amma bir-birinin ardınca gələndə bəziləri irəli getməyi bacarır. Bəzən bir neçə metr olsa da, bir neçə həftə ərzində bu, əhəmiyyətli irəliləyişlərə çevrilir”, - batalyon komandiri deyir.

“WSJ” yazır ki, Ukrayna qoşunlarının aylardır döyüş sursatı və xüsusilə insanların çatışmazlığından şikayət etdiyi şərq cəbhəsindən fərqli olaraq, Kurskda döyüşən briqadaların təchizatı ümumiyyətlə yaxşıdır.

Məsələn, Geninin bölməsi Amerika istehsalı olan “Bradley” döyüş maşınlarından istifadə edərək, səngərlərdə qoşunların müntəzəm şəkildə dəyişdirilməsini həyata keçirə bilib. Halbuki, pilotsuz təyyarələrin daimi təhlükəsi səbəbindən ən müasir texnika ilə təchiz edilməmiş bölmələr üçün bu, demək olar ki, qeyri-mümkün olub. Batalyon komandiri Rusiyanın onun döyüşdüyü ərazidə itkiləri saymadığını, onların ukraynalılardan təxminən üç dəfə çox canlı qüvvəyə sahib olduqlarını, maşınlara və piyadalara hücum üçün dəfə artıq partlayıcı dronlardan istifadə etdiklərini bildirib.

Kursk bölgəsinin Suca şəhəri yaxınlığında döüşən ukraynalı əsgərlərdən biri isə, Sudja yaxınlığında döyüşən ukraynalı əsgərlərdən biri isə qeyd edib ki, bu ərazidə Rusiya qüvvələrinin ukraynalılara nisbəti 10-nun 1-dir çoxdur. Bundan əlavə, onun batalyonunda olan əsgərlərin əksəriyyəti yaralanıb və döyüşə bilmir: “Onları (rusları) saymaq çətindir - hücum etdikləri sahə onların yoldaşlarının cəsədləri ilə doludur. Hücum edəndə sözün əsl mənasında yoldaşlarının cəsədlərini ayaqlayırlar”.

Bundan əlavə, Rusiya Ukrayna əsgərlərinin vura bilmədiyi üzən bombalarla təchizat xətlərini və anbar obyektlərini hədəfə alır. “Starlink” peyk internet sistemi Rusiya ərazisində işləmədiyi üçün əsas rabitə də çətindir.

Ukrayna qoşunlarının 21-ci mexanikləşdirilmiş briqadasının taqım komandiri Vyaçeslav Xomenko Kursk vilayətindəki döyüşləri Baxmutdakı döyüşlərlə müqayisə edərək, müharibənin üçüncü ilində əsgərləri ruhlandırmağın çətinləşdiyini vurğulayıb. Onun taqımındakı əsgərlərin 90 faizi təcrübəsi və döyüşmək arzusu az olan yeni çağırışçılardır.

“İnsanlar yorulub. Ən azı ayda bir dəfə, nəvələri buna məcbur olmasınlar deyə, onlara döyüşdüklərini xatırlatmalıyam. Müharibənin birinci ilində belə bir çıxış etmək heç ağlıma da belə gəlməzdi”, - Xomenko vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kiyev   Kursk   döyüşlər  





Xəbər lenti