"İrəvanla Bakı arasında kompromislərin axtarışını asanlaşdırmağa hazırıq" - Kopırkin

"İrəvanla Bakı arasında kompromislərin axtarışını asanlaşdırmağa hazırıq"    - Kopırkin
  25 Noyabr 2024    Oxunub:326
"Ermənistan və Azərbaycan arasında qarşılıqlı məqbul kompromislərin əldə edilməsi zaman və əhəmiyyətli səylər tələb edən mürəkkəb prosesdir".
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində deyib. Kopırkin vurğulayıb ki, Rusiya ikitərəfli münasibətlərin normallaşmasına hər zaman hazırdır.

Rusiya səfiri "Köçəri"ni erməni rəqsi adlandırdı - VİDEO
"Moskva 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi üçtərəfli sazişlər toplusuna ciddi əməl etməklə, ikitərəfli münasibətlərin nizamlanmasında erməni və azərbaycanlı tərəfdaşlarına kömək etməyə hər zaman hazırdır. Bu yardımın formaları və həcmləri tərəflər tərəfindən müəyyən edilir", - o, qeyd edib.

Səfir onu da əlavə edib ki, oktyabrın 24-də BRİKS-in Kazan sammiti zamanı iki ölkə rəhbəri arasında baş tutan məhsuldar təmaslar münasibətlərin normallaşdırılması üzrə dialoqa müsbət təkan verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti