NATO-nun Baş katibi Ankarada Ukrayna, Yaxın Şərq və terrorla mübarizəni müzakirə edib
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər.
Gün ərzində Alyansın rəhbəri H.Fidan və Y.Gülər ilə də ayrı-ayrılıqda görüşlər keçirib.
Türkiyə Prezidentinin Administrasiyası bildirib ki, NATO Baş katibinin iştirakı ilə keçirilən danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb.
Bundan əlavə, görüşlərdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.
AzVision.az
Teqlər: