“ABŞ TAP-ı dəstəkləyir”

“ABŞ TAP-ı dəstəkləyir”
  19 Noyabr 2015    Oxunub:1781
“Ötәn il ABŞ-la Azərbaycan arasında ticarәt dövriyyәsi 2 milyard dollara çatıb”.
Bunu ABŞ Ticarәt Departamenti katibinin kömәkçisinin müavini Maykl Lalli deyib. Onun sözlərinə görə, bu daha çox aviasiya, peyk sahәsində əməkdaşlığı әhatә edib. İki ölkә arasında iqtisadiyyat vә ticarәt sahәsindә çox vacib potensialın olduğunu deyən Maykl Lalli bildirib ki, ABŞ-Azәrbaycan tәrәfdaşlığı öz uğuru ilә seçilir.

Diplomat eyni zamanda Trans-Adriatik boru kəmərinin inşası layihəsinin icrasının sürətləndirilməsində də danışıb: “TAP-ın layihəsi Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir və ABŞ bu mühüm borunun tikintisinə təkan verən dövlət və şirkətləri dəstəkləyir. Sadəcə olaraq Azərbaycan Dövlət Neft Şirkəti və layihənin digər iştirakçıları adından hər hansı bir bəyanat vermək istəməzdim. Bildirmək istərdim ki, TAP layihəsini çox vacib və mühüm hesab etdiyimizə görə, ABŞ layihəyənin reallaşmasında iştirak edən nümayəndələrlə mütəmadi olaraq görüşlər keçirir və layihənin reallaşmasına dəstək verir”.


Teqlər:  





Xəbər lenti