Əli Kərimli İlham Əliyevi dəstəklədi

Əli Kərimli İlham Əliyevi dəstəklədi
  20 Fevral 2013    Oxunub:1402
AXCP sədri Əli Kərimli Əkrəm Əylisli məsələsində Prezident İlham Əliyevin atdığı addımı dəstəkləyib.

AzVision.az bildirir ki, AXCP sədri bu mövqeyini Azadlıq radiosuna az öncə verdiyi müsahibədə açıqlayıb.

Belə ki, jurnalistin “Əkrəm Əylislidən “xalq yazıçısı” adının alınmasını doğru hesab edirsinizmi? Siz prezident olsaydınız, bunu edərdinizmi?” sualına Əli Kərimli “təbii ki” cavabını verib. O bildirib: “Siz nə gözləyirsiniz, mən tutaq ki, hakimiyyətdə olsaydım, deyəcəkdim ki, Əkrəm Əylisli yaxşı edib, onun yazdığı düzdür? Təbii ki, deyəsəkdim ki, tarixi həqiqətlər təhrif olunub”.

Əli Kərimli onu da vurğulayıb ki, ermənilər bu şansı itirməyəcək. O, yaxın vaxtlarda ermənilərin “Daş Yuxular” əsasənda film çəkəcəklərini ehtimal edib: “Onlar bu fürsəti qaçırmayacaqlar. Çox güman ki, uydurduqları erməni soyqırımı ilə əlaqədar ermənilər ssenari müəllifi Əkrəm Əylisli olan bir film ortalığa çıxacaqlar. Bu, bizim Azərbaycanın milli maraqlarına böyük bir zərbə olacaq. Bizə bu tarixin yamanmasına imkan verə bilmərik”.



Teqlər:





Xəbər lenti