OPEK: Azərbaycan neft ixracını azaldacaq

OPEK: Azərbaycan neft ixracını azaldacaq
  13 Noyabr 2015    Oxunub:2827
Neft İxrac Edən Ölkələrin Birliyi OPEK 2015-ci ildə Azərbaycandan neft ixracının azalmasını gözləyir, xüsusi halda “Azərlight” markalı neft bazarda baş verən rəqabət ilə əlaqədar azalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın yenilənmiş hesabatında deyilir.

Təşkilat hesab edir ki, 2015-ci ildə Azərbaycandan neft ixracının həcmi ötən illə müqayisədə sutkada 10 min barel azalacaq.

“İxtisar gözlənilir. Baxmayaraq ki, cari ilin 9 ayı ərzində Azərbaycanın əsas yataqlarından, “Azəri-Çıraq-Günəşli (AÇG) əldə olunan neftin həcmi 4% artıb”, - deyə, OPEK-in yeni hesabatında vurğulanır.

OPEK-in məlumatına görə, Yaxin Şərqdən neftin alternativ növlərinin böyük təklifi və Avropa neft emalı zavodlarının neftini alan marjların "havada qalması" ilə əlaqədar Azərbaycan neftinin satışları azalacaq.


Teqlər:





Xəbər lenti