`TANAP ucuz başa gələcək` - Rövnəq Abdullayev

`TANAP ucuz başa gələcək` - Rövnəq Abdullayev
  10 Noyabr 2015    Oxunub:2065
Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinə çəkilən xərclər proqnoz göstəricidən 20-25 faiz azalıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda TANAP-ın tikintisi öz axarı ilə davam edir: `Çox gözəl tender nəticələrimiz olub. Bu da imkan verir ki, layihəyə daha az vəsait xərclənsin. Bu ilin sonuna kimi TANAP-ın 50 km-ə yaxın hissəsində aparılan qaynaq işləri tamamlanacaq. Bundan başqa boru kəmərində 1 350 km hissənin işası ilə bağlı da tender başa çatıb, tikinti işlərinə başlanılıb. Artıq hər bir sahədə qaynaq işləri aparılır. Yolun hazırlanması başa çatıb. Bütün işlər plana uyğun aparılır. Kəmər 2018-ci ilin birinci yarısında ilk qazın qəbuluna hazır olacaq`.

R. Abdullayev həmçinin Misirdə keçirdiyi görüşlər barədə də danışıb: `Misir bazarı böyük bazardır. Biz bir neçə ildir ki, bu ölkəni xam neft və neft məhsulları ilə təmin edirik. Artıq 1 milyon tondan çox məhsul göndərilib. Əməkdaşlığımız daha yüksək səviyyəyə çıxıb. Daha böyük layihələr müzakirə olunub. Keçirdiyimiz görüşlər zamanı Misir zavodlarında, o cümlədən emal prosesində bizim iştirakımız müzakirə olunub. Bundan başqa, tollinq payların alınması da müzakirə olunub`.


Teqlər:  





Xəbər lenti