OPEK-dən Azərbaycana xəbərdarlıq – Hasilatı azaldın

OPEK-dən Azərbaycana xəbərdarlıq – Hasilatı azaldın
  10 Noyabr 2015    Oxunub:3305
OPEK-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv olmayan ölkələr neft tədarüklərini azaltmalıdırlar.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə OPEK-in baş katibi Abdulla Salem - əl Badri bildirib.

Onun sözlərinə görə, neft sektoruna yatırılan investisiyaların həcminin 130 milyard dollar azalması neft qiymətlərinin qalxmasına kömək edəcək: “Buna baxmayaraq dekabrın 4-ü keçirilməsi planlaşdırılan iclasda OPEK ölkələri kvotasının gün ərzində 1,5 milyon barelə aşağı salınması barədə qərar neft bazarında qiymətlərin sabitləşməsinə yardım etməyəcək. Eyni zamanda OPEK bazardakı payının 40%-dən aşağı düşməsi ilə razı deyil”.

“Neft hasil edən ölkələrin investisiya yatıra bilməsi, həmçinin istehlakçıların qaz ala bilməsi üçün sabit qiymət lazımdır. Dövlətlər bu istiqamətdə bərabər işləməlidirlər. Biz bu bazarı sabitləşdirməliyik”, - deyə əl Badri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 21 OPEK-in Avstriya keçirilən iclasına 8 ölkə - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət edilmişdi. Buna baxmayaraq Azərbaycan iclasda iştirak etməkdən imtina etmişdi.

Qeyd edək ki, həmin görüşdə Venesuela neft qiymətini sabitləşməsi və artması istiqamətində yeni strategiyanı təqdim edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti