Neftin qiyməti ilə bağlı gözlənilməz proqnoz

Neftin qiyməti ilə bağlı gözlənilməz proqnoz
  10 Noyabr 2015    Oxunub:3592
İnversiyaların kəskin azalmasına baxmayaraq, bir barelə görə neft qiymətləri 80 dollar səviyyəsinə 2020-ci ildən tez qayıtmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) illik “World Energy Outlook” adlı hesabatında bildirilir.

IEA-nın icraçı direktoru Fatih Birol bəyan edib ki, 2015-ci ilin sonuna qədər neft sektoruna yatırılan investisiyaların həcmi 20 faizdən çox azalacaq. Bu tendensiya gələn il də davam edə bilər ki, bu da neft sektoruna təsirsiz ötüşməyəcək.

IEA-nın baza ssenarisinə əsasən hər il gündəlik neftə olan tələbat 900 min barel artacaq və 2040-cı ilə qədər bu göstərici 103,5 milyon barel göstəricisinə yüksələcək. Agentliyin analitiklərinin fikrincə, tələbatın artmasına səbəb Çində enerji istifadəsinin kəskin artması olacaq. Belə ki, proqnozlara əsasən 25 il sonra Çindəki tələbat ABŞ-dakı analoji göstəricini iki dəfə ötəcək. Bundan əlavə, tələbatın artmasında Hindistan iqtisadiyyatındakı atım da az rol oynamayacaq.

Bu arada İEA-nın neqativ ssenarisində neft qiymətləri bu onilliyin sonuna qədər bir barelı görə 50 dollar səviyyəsində qalacaq və yalnız 2040-cı ildə 85 dollar səviyyəsinə qalxacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti